ABŞ Prezidenti Donald Tramp mayın 19-u saat 10:00-da (Bakı vaxtilə saat 18:00) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkəsində yazıb.
ABŞ lideri bildirib ki, telefon zənginin mövzusu rusların və ukraynalıların ölümünə son qoyulması və ticarət olacaq.
“Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və sonra onunla birlikdə NATO-nun müxtəlif üzvləri ilə danışacağam. Ümid edirəm ki, məhsuldar bir gün olacaq, atəşkəs əldə ediləcək və bu çox şiddətli müharibə sona çatacaq”,- deyə Tramp qeyd edib.