ABŞ prezidenti Donald Tramp 2028-ci ildə üçüncü müddətə yenidən seçilmək imkanını nəzərdən keçirəcək.
"Unikal" xəbər verir ki, o, bu barədə Qətərdəki “Al Udeid Air Base” Amerika hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz, biz yenidən seçilmək istəyirik: Çoxları bunu istəyir”, - o vurğulayıb.
Tramp əlavə edib ki, belə bir addımı “düşünəcək”.
Gülayə Mecid