Önümüzdəki ay ərzində İsrail və Fələstinlə bağlı çox yaxşı şeylər olacaq.
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyətlə bağlı danışarkən deyib.
"Biz fələstinlilərə də kömək etməliyik. Bilirsiniz, Qəzzada çoxlu insan aclıqdan ölür, ona görə də hər iki tərəfə baxmalıyıq. Biz əlimizdən gələni edəcəyik", - Amerika lideri Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-yə gedərkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib.
Həmçinin mayın 16-da BƏƏ- yə səfəri zamanı Tramp bildirib ki, ABŞ Qəzza zolağındakı vəziyyəti izləyir və Fələstin anklavının üzləşdiyi problemləri həll etmək niyyətindədir.