Azərbaycan öz xarici siyasətində çoxtərəfliliyə üstünlük verir, bunun bir çox praktiki nümunələri var.
APA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, hazırda çoxtərəflilik çox mürəkkəb dövrdən keçir: “Qlobal Cənub inkişafdadır, həm iqtisadi, həm də siyasi nüfuzunun artması baxımından sıçrayış dövrünü keçirir. Dünya ÜDM-snin 39 %-nin cəmləşdiyi bu ölkələr sıçrayış dövrünü keçməkdədir. BRİCS artıq daha da genişlənir, ilkin 5 dövlətdən ibarət olan bu quruma artıq daha 4 dövlət qoşulub. BRİCS artıq Qlobal Cənubun önəmli aktorlarından birinə çevrilməkdədir”.