BAKI, 14 may. TELEQRAF
"Azərbaycan xarici siyasətində çoxtərəfliliyə üstünlük verir".
Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.
XİN rəsmisi bildirib ki, hazırda çoxtərfəlilik mürəkkəb dövrü keçir, xarici təsirlər var:
"Qlobal cənub iqtisadi və siyasi cəhəttdən inkişaf edir".