“Qarabağ”ın portuqaliyalı legioneri Leandro Andrade zədələnib.
Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın 34-cü turunda “Araz-Naxçıvan”a qarşı“Azersun Arena”da keçirilən ev oyununun (2:0) 21-ci dəqiqəsində baş verib.
26 yaşlı yarımmüdafiəçi ayağında yaranan narahatlıq səbəbindən oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Kadi Borges daxil olub.
Leandro Andrade 14 qolla bombardirlər siyahısında liderdir.