Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyada 29-cudur. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 10 pilləlik sıçrayışla irəliləyib.
Cədvələ Niderland millisi başçılıq edir – 495,000 xal.