Xəbər verdiyimiz kimi, bu gün İtaliyanın paytaxtı Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçirilib.
Tədbirdə “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak ediblər.
AzadMedia.az xəbər verir ki, konfrans çərçivəsində Nazione Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - korsika milli kimliyinin və korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimiliasiya edilməsi siyasəti kəskin pislənilib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.
“Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Chilianu Begliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək, Korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir" fikirini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini qeyd edib.
Millət vəkili Tural Gəncəliyev Korsikanın işğalının tarixi aspektləri, eləcə də adanın dövlətçilik ənənələrindən danışıb:
"Korsika xalqı müstəqilliyi haqq edir. Onların da müstəqil olmaq hüquqlari var. Mən korsikalı deputatları Azərbaycana dəvət etdim. Hesab edirəm ki, bu çox vacibdir. Bununla əməkdaşlığımız daha da möhkəmlənər"