İtaliyanın paytaxtı Romada mayın 13-də “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, BTQ və “Nazione” hərəkatının birgə təşkilatçılığı ilə keçirilib.
Sənədə əsasən BTQ və Nazione koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müfadiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər. Bu məqsədlə tərəflər müştərək təşəbbüslər həyata keçirəcəklər. Bundan əlavə, BTQ və Nazione beynəlxalq platformalarda birgə addımlar atmağı razılaşdırıblar.
Konfransda Nazione Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak edib.
Tədbir bir il öncə, 2024-cü ilin may ayının 13-ü Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakidə (Yeni Kaledoniya) qətlə yetirilmiş Kanakların xatirəsinin yad edilməsi ilə başlayıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın kanak, korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmüş işlərdən danışıb.
Konfrans çərçivəsində Nazione Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - korsika milli kimliyinin və korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimiliasiya edilməsi siyasəti kəskin pislənilib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.