ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.
Dövlət Departamentinin danışıqlarla bağlı məlumatında qeyd olunur ki, dövlət katibi ABŞ-ın Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini təkrarlayıb: “Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəsə nail olmaqdır”.
Hindistan və Pakistan arasında gərginləşən münaqişəni müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar: "Dövlət katibi ABŞ-ın Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün davamlı səyləri təşviq edib".