Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın baş konsulluğunun Krakovda fəaliyyət göstərməsi üçün verilən icazənin ləğvi barədə qərar verib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.
Nazir bu addımını Rusiya xüsusi xidmət orqanlarının 2024-cü ilin mayında yanğın baş verən Marıvilskaya küçəsindəki ticarət mərkəzinə qarşı cinayət təxribat aktı törətməsi ilə bağlı sübutların olması ilə izah edib.