AZ

Polşa Rusiyanın Krakovdakı baş konsulluğunu bağlayacaq

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın baş konsulluğunun Krakovda fəaliyyət göstərməsi üçün verilən icazənin ləğvi barədə qərar verib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

Nazir bu addımını Rusiya xüsusi xidmət orqanlarının 2024-cü ilin mayında yanğın baş verən Marıvilskaya küçəsindəki ticarət mərkəzinə qarşı cinayət təxribat aktı törətməsi ilə bağlı sübutların olması ilə izah edib.

Seçilən
0
ucnoqta.az

1Mənbələr