EN

Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib.

Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini təkrarlayıb.

"Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəsə nail olmaqdır".

Hindistan və Pakistan arasında gərginləşən münaqişəni də müzakirə edən nazirlər Yeni Dehli və İslamabadın atəşkəs rejimini saxlaması və təmasları davam etdirməsinin vacibliyini vurğulayıblar.

Chosen
0
4
operativmm.az

8Sources