Şri-Lankanın Mərkəzi əyalətində yerləşən Kotmalada dərəyə düşən avtobus nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 20-dən çox insan isə yaralanıb.
APA xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Yaralılar yerli xəstəxanalara aparılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlanıb.