RU

Şri-Lankada avtobusun dərəyə aşması nəticəsində 15 nəfər ölüb

Şri-Lankanın Mərkəzi əyalətində yerləşən Kotmalada dərəyə düşən avtobus nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 20-dən çox insan isə yaralanıb.

APA xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Yaralılar yerli xəstəxanalara aparılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlanıb.

Избранный
0
apa.az

1Источники