Ukraynada münaqişənin sülh yolu ilə həlli qat-qat mürəkkəb və təfərrüatlı prosesdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “ABC News” telekanalına müsahibəsində bildirib.
Diplomat deyib: “Ukraynada münaqişənin nizamlanması çox mürəkkəb bir prosesdir. Bu, status xatirinə kağız üzərində imza atmaq və onu razılaşma elan etmək demək deyil. Ən xırda detallarla dolu bir həll prosesidir. Və detalların hər biri həm Rusiya, həm də Ukrayna üçün böyük əhəmiyyət kəsb edir".