Rusiya, NATO infrastrukturunun öz sərhədlərinə yaxınlaşmasına yol verə bilməz.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABC News telekanalına verdiyi müsahibəsində bildirib.
Peskov bu açıqlamanı Ukraynanın NATO-ya üzvlüyü məsələsinə münasibət bildirərkən səsləndirib.
O qeyd edib ki, bu məsələ Rusiya üçün əsas milli təhlükəsizlik narahatlıqlarından biridir və Moskva bu istiqamətdə öz mövqeyini qətiyyətlə müdafiə edəcək.