EN

U-16 millimiz Belarusa 2-ci oyunda 0:3 hesabıyla uduzdu

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) bu gün ikinci yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunmuş oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu komandalar arasında mayın 9-da təşkil olunmuş ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanmışdı.

Yoxlama oyunu
11 may

Azərbaycan – Belarus – 0:3
Qollar: Vladislav Vyarenik, 28. Kiril Şelest, 43. Matvey Zabavski, 90.

Azərbaycan: 1. Bilal Hacıyev (12. Kamal Camalzadə, 62), 2. Mehdi İsmayılov (15. Ramil Hacıyev, 67), 3. Roman Fərzəli, 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 7. Yusif Orucəliyev (20. Raul Hüseynov, 67), 13. Şikar Şikar, 14. Arda Əzizli (21. Tunar Əsgərzadə, 46), 17. Cavidan Əlizadə (10. Furqan Musayev, 46), 11. Tunar Bayramov (16. Cəfər Balakişiyev, 79), 9. Ömər Kosayev (18. Nicat Rəhimli, 79).

Belarus: 12. İlya Yuxnoviç, 2. Stanislav Dronov (23. Arseni Asipenka, 46), 3. Aleksandr Klimoviç, 6. Qleb Yemelyanov (k) (19. Kiril Kavalyov, 70), 13. Kiril Şelest (18. Matvey Zabavski, 62), 14. Marat Lazareviç (20. Zaxar Şixneviç, 70), 15. Vladislav Vyarenik (4. Matvey Mariniç, 70), 21. Qleb Bardaçov (17. İvan Zaxovski, 70), 22. Daniil Nasko (5. Anton Vial, 83), 10. Yaraslav Qubaşin (8. Vladislav Tratyak, 46), 11. Yaramir Tratsyak (9. Kiril Salyanik, 62).

Chosen
0
2
arena.az

4Sources