Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası (U-16) Belarusla ikinci yoldaşlıq görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri bu dəfə belaruslu həmyaşıdlarına uduzublar.
Binə qəsəbə stadionunda baş tutan matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 2 gün öncə yığmamız 2:1 hesabı ilə qalib gəlmişdi.
11 may
U-16 yoldaşlıq görüşü
Azərbaycan - Belarus - 0:3
Qollar: Vladislav Vyarenik, 28; Kiril Şelest, 43; Matvey Zabavski, 90
Azərbaycan: 1. Bilal Hacıyev (12. Kamal Camalzadə, 62), 2. Mehdi İsmayılov (15. Ramil Hacıyev, 67), 3. Roman Fərzəli, 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 7. Yusif Orucəliyev (20. Raul Hüseynov, 67), 13. Şikar Şikar, 14. Arda Əzizli (21. Tunar Əsgərzadə, 46), 17. Cavidan Əlizadə (10. Furqan Musayev, 46), 11. Tunar Bayramov (16. Cəfər Balakişiyev, 79), 9. Ömər Kosayev (18. Nicat Rəhimli, 79)
Belarus: 12. İlya Yuxnoviç, 2. Stanislav Dronov (23. Arseni Asipenka, 46), 3. Aleksandr Klimoviç, 6. Qleb Yemelyanov (k) (19. Kiril Kavalyov, 70), 13. Kiril Şelest (18. Matvey Zabavski, 62), 14. Marat Lazareviç (20. Zaxar Şixneviç, 70), 15. Vladislav Vyarenik (4. Matvey Mariniç, 70), 21. Qleb Bardaçov (17. İvan Zaxovski, 70), 22. Daniil Nasko (5. Anton Vial, 83), 10. Yaraslav Qubaşin (8. Vladislav Tratyak, 46), 11. Yaramir Tratsyak (9. Kiril Salyanik, 62)