BAKI, 10 may. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio Pakistanın Baş Qərargah rəisi Asim Munirlə danışıb.
Teleqraf xəbər verir ki, söhbət zamanı M.Rubio Hindistan və Pakistan arasındakı münaqişənin həllində ABŞ-nin yardım təklifini önə çəkib .
Məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yayıb.
Bryus bildirib: “Rubio hər iki tərəfi gərginliyi azaltmaq yollarını tapmağa çağırıb. ABŞ münaqişələrin qarşısını almaq üçün konstruktiv danışıqların təşkilində yardım təklif etdi”.