EN

Hindistan Pakistanın üç aviabazasını vurmağa çalışıb

Hindistan Pakistanın üç hava bazasına raket zərbələri endirib.

APA xəbər verir ki, bu haqda “Geo” telekanalı Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudriyə istinadən məlumat verib.

"Hindistan təyyarələri Nur Xan aviabazasına, Murid aviabazasına və Rafiqi aviabazası kimi tanınan Şorkot aviabazasına raket zərbələri endirib", - Çaudrinin deyib.

Ordu rəsmisi bildirib ki, Pakistanın HHM sistemləri aviabazalarını hədəf alan Hindistan raketlərini göydə vurub.

Hücum zamanı heç bir dağıntı və insan tələfatı olmayıb.

Chosen
0
1
apa.az

10Sources