AZ

Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib

Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib.

"Report" xəbər veirr ki, bunu Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.

“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınan Şorkot aviabazalarına raket zərbələri endiriblər”, - deyə o bildirib.

Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.

Qeyd edək ki, Hindistan mayın 7-nə keçən gecə Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.

Seçilən
0
1
report.az

10Mənbələr