Bakı. Trend:
Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələriendirib.
Trend xəbər verir ki, bunuPakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru,general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.
“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınanŞorkot aviabazalarına raket zərbələri endiriblər”, - deyə obildirib.
Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.