EN

Ukrayna və ABŞ prezidentləri 30 günlük atəşkəsi müzakirə edib

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donaıd Tramp arasında növbəti telefon danışığının detalları bəlli olub.

Zelenski teleqram səhifəsində Prezident Trampla birgə hərəkətlər haqqında danışdığını bildirib, Amerika Birləşmiş Ştatlarının çox ehtiyacı olan dəstəyi, Rusiyaya təzyiq göstərmək – sülh naminə təzyiq haqqında, cəbhədəki vəziyyəti, diplomatik işləri müzakirə etdiyini vurğulayıb.

“Biz real və davamlı atəşkəsi necə yaxınlaşdıracağımız barədə danışdıq – ən azı 30 gün. Bu, diplomatiyaya çoxlu şans verə biləcək bir məsələdir. Ukrayna tam atəşkəsə hazırdır, elə bu dəqiqədən – 30 günlük atəşkəsə”, – deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti hesab edir ki, Rusiya atəşkəsi dəstəkləməklə düzgün cavab verməlidir.

“Onlar müharibəni bitirməyə hazır olduqlarını sübut etməlidirlər. Bu, birinci dəfə deyil – biz bunu yenidən təklif edirik. Otuz gün sülh illərinin başlanğıcı ola bilər. Davamlı və etibarlı atəşkəsin özü sülhə doğru hərəkətin real göstəricisi olacaq. Amerika bu işdə kömək edə bilər. Dünyanın Amerikaya 80 il əvvəl olduğu kimi ehtiyacı var”, – deyə Zelenski bildirib.

Chosen
0
4
azpost.info

10Sources