EN

“Betis” və “Çelsi” son oyuna qaldı - Konfrans Liqasında

Konfrans Liqasında finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu gün yarımfinalın cavab görüşləri keçirilib.

“Çelsi” səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i doğma meydanda da yenərək finala yüksəlib.

“Betis” isə səfərdə “Fiorentina” ilə qarşılaşıb. İlk oyunda məğlub olmuş İtaliya klubu cavab görüşünü əlavə vaxta qədər daşıya bilsə də, “Betis” sonda heç-heçə sayəsində istəyinə çatıb.

Beləliklə, mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək final görüşün “Betis” və “Çelsi” qarşılaşacaq.

“Fiorentina” (İtaliya) – “Betis” (İspaniya) 2:2
Qollar
: Qosens, 34; 42 – Antoni, 30. Ezzalzuli, 97.
İlk oyun – 1:2.

“Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç) 1:0
Qol
: Dyusberi-Holl, 38.
İlk oyun – 4:1.

Chosen
0
6
sportinfo.az

10Sources