AZ

"Neftçi" yeddi futbolçusunu Tovuza aparmayacaq

"Neftçi"nin yeddi futbolçusu Premyer Liqanın XXXIV turunda "Turan Tovuz"a qarşı keçirəcəkləri oyunu buraxacaq.

Bu barədə Sportinfo.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün meydana çıxmayacaq.

Mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Seçilən
0
4
sportinfo.az

10Mənbələr