EN

Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir - To Lam

Bakı. Trend:

Bu gün Vyetnam Sosialist Respublikası Kommunist PartiyasınınMərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfəriçərçivəsində yerli iş adamları ilə görüş keçirib.

Trend xəbərverir ki, görüşdə iş adamları və şirkət rəhbərləri ilə yanaşıVyetnamın Sənaye və Ticarət Nazirliyinin təmsilçiləri iştirakediblər.

Baş katib To Lam ölkəsindəki investisiya mühiti, vergi sistemi,faydalı qazıntıları haqqında geniş məlumat verib. Qeyd olunub ki,sonuncu dəfə Vyetnamın dövlət başçısı 1969-cu ildə Azərbaycandasəfərdə olub.

“Vyetnamın neft və qaz sənayesində çalışan bir çox mütəxəssislərBakıda ali təhsil alıblar. Azərbaycan ilə əlaqələrin uzaq tarixiolsa da bu gün qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsizərurəti yaranıb. Azərbaycanın böyük iqtisadi potensialı var vəbuna görə də Vyetnam Azərbaycan ilə əməkdaşlığı özününstrateji-siyasi xətti hesab edir. Biz neft və qaz sahəsindəəməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti ilə Vyetnam MilliSənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumuimzalanıb. Bu sənəd ölkələrimiz arasında enerji sahəsindəqarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkanverəcək”, - deyə To Lam vurğulayıb.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının MərkəziKomitəsinin Baş katibi To Lam nəzərə çatdırıb ki, Azərbaycan iləalternativ enerji istehsalı sahəsində də əməkdaşlıq etmək niyyətivar: “Vyetnamın coğrafi vəziyyəti - günəş, külək enerji istehsalınaimkan verir. Buna görə də Azərbaycanın şirkətləri ekoloji cəhətdəntəmiz enerji istehsalı üçün Vyetnama sərmayə yatıra bilərlər.Hazırda Vyetnamın müvafiq dövlət strukturları Azərbaycana sərmayəyatırmaq məsələsini nəzərdən keçirirlər. Qarşılıqlı investisiyayatırımı ölkələrimizin iqtisadi və siyasi əməkdaşlığınıgücləndirər”.

Baş katib To Lam Azərbaycanın Dövlət Neft Fondunun fəaliyyətinitəqdir edərək, bu təcrübədən istifadə edəcəklərini də qeyd edib.Nəzərə çatdırılıb ki, Vyetnamda faydalı qazıntılar ilə məşğul olandövlət şirkətləri ilə yanaşı özəl şirkətlər də var və bu sahəyəsərmayə yatırılmasını istəyən şirkətlər əməkdaşlığahazırdırlar.

Vyetnamın dövlət başçısı onu da bildirib ki, hazırda ölkəsindəgeniş islahatlar həyata keçirilir və bu islahatların nəticəsindəinvestisiya mühiti daha da səmərəli olacaq.

Sonra iş adamları və şirkət rəhbərlərinin suallarıcavablandırılıb.

Chosen
0
4
az.trend.az

10Sources