EN

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

 

Finss.az - Asiya regionunda iqtisadi artımın dÉ™stÉ™klÉ™nmÉ™si vÉ™ infrastrukturun tÉ™kmilləşdirilmÉ™si ilÉ™ baÄŸlı layihÉ™lÉ™r barÉ™dÉ™ müzakirÉ™lÉ™r aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb.

Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin, AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparıblar.

Zemfira Ms
Finss.az

Chosen
0
24
fins.az

10Sources