EN

Baş həkim: Ötən il talassemiya dioqnozu ilə 31 körpə doğulub

Ötən il Azərbaycanda talassemiya dioqnozu ilə 31 körpə doğulub.

"Report" xəbər verir ki, bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova Beynəlxalq Talassemiya gününə həsr edilən tədbirdə deyib.

O bildirib ki, bu xəstəlik dövlət tərəfindən ciddi nəzarət altında saxlanılır:

"Bu irsi xəstəlik qrupuna malik insanların qayğısına qalmaq dövlətimizin əsas prioritetlərindən biridir".

Qeyd edək ki, hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 2024-cü ilin statistikasına görə, Azərbaycanda 4 min nəfərdən çox talassemiyalı xəstə var.

Chosen
0
4
report.az

5Sources