AZ

Baş həkim: Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 31 körpə doğulub

Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 31 körpə doğulub.

“İki sahil” xəbər verir ki, bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova Beynəlxalq Talassemiya gününə həsr edilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu irsi xəstəlik dövlət tərəfindən ciddi nəzarət altında saxlanılır.

Qeyd edək ki, hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Keçən ilin statistikasına görə, Azərbaycanda 4 mindən çox talassemiyalı xəstə var.

Seçilən
0
4
ikisahil.az

5Mənbələr