Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 105 min 885 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-aprel aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manat, yaxud 10,8 faizd çoxdur.