AZ

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə artıb

Bakı, 8 may, AZƏRTAC

İndiyədək ölkə ərazisində 105 min 885 yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

 

Seçilən
0
4
azertag.az

10Mənbələr