Gənclər Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Tax Audit" MMC-dir.
Qalib şirkətə 2 800 manat ödəniləcək.
Ötən il də bu sorğunun qalibi "Tax Audit" MMC olub. Şirkətə 3 965 manat ödənilib.
Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.