Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 2 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2,35 min manat ödənilib.