AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi auditor seçib

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 20 min manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 49 min manat ödənilib.

Seçilən
0
2
report.az

3Mənbələr