Klaudio Ranyeri A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Roma" klubunu çalışdıran Klaudio Ranyeri azarkeşlər tərəfindən cari mövsüm İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib.Metbuat.az xəbər verir ki, 73 yaşlı mütəxəssis "Napoli"nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58% səs toplayıb.Mükafat baş məşqçiyə iyunun əvvəlində təqdim olunacaq.
Qeyd edək ki, “Roma” A Seriyasında 35 oyundan sonra 63 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb.