"Roma" klubunu çalışdıran Klaudio Ranyeri azarkeşlər tərəfindən cari mövsüm İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib.


Rekord.az xəbər verir ki, 73 yaşlı mütəxəssis "Napoli"nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58% səs toplayıb.


Mükafat baş məşqçiyə iyunun əvvəlində təqdim olunacaq.


“Roma” A Seriyasında 35 oyundan sonra 63 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb.