AZ

Klaudio Ranyeri İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib

"Roma" klubunu çalışdıran Klaudio Ranyeri azarkeşlər tərəfindən cari mövsüm İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib.

"Report" xəbər verir ki, 73 yaşlı mütəxəssis "Napoli"nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58% səs toplayıb.

Mükafat baş məşqçiyə iyun ayının əvvəlində təqdim olunacaq.

Qeyd edək ki, “Roma” A Seriyasında 35 oyundan sonra 63 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb.

Seçilən
0
6
report.az

7Mənbələr