EN

Azərbaycan 2-ci Liqası: "Hypers Quba" səfərdə, "Şimal" evdə qazandı

Azərbaycan 2-ci Liqasında 24-cü turun daha 4 qarşılaşması baş tutub.

Azərbaycan 2-ci Liqasında 24-cü tura yekun vurulub.

Operativ Media xəbər verir ki, son oyun günündə 4 matç keçirilib.

"Lerik" səfərdə "Araz-Saatlı"nı məğlub etməklə (1:0) sonuncu pillədən qurtulub. "Göygöl" "Dinamo"nu eyni hesabla üstələyib.

4-cü pillə uğrunda mübarizə aparan "Hypers Guba" "Kür-Araz"a qalib gəlib - 2:1.

"Şimal" isə "Sheki City"ni darmadağın edib - 3:0.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" və "Şəfa" artıq 1-ci Liqaya vəsiqəni təmin ediblər.

Azərbaycan 2-ci Liqası

24-cü tur

7 may

"Araz-Saatlı" - "Lerik" 0:1

Qol: Z.Nuruzadə, 59.

Baş hakim: Namiq Bəkirov.

Saatlı OİK stadionu.

"Şimal" - "Sheki City" 3:0

Qollar: V.Seyidov, 4. P.Seyidov, 29; 88.

Baş hakim: Sənan Bayramzadə.

Siyəzən şəhər stadionu.

"Kür-Araz" - "Hypers Guba" 1:2

Qolar: İ.Hüseynli, 30 - H.Novruzov, 27. C.İmamverdiyev, 42.

Qırmızı vərəqə: N.Paşayev, 81 - İ.Nağıyev, 68.

Baş hakim: İslam Məmmədov.

Heydər Əliyev adına İmişli şəhər stadionu.

"Dinamo" - "Göygöl" 0:1

Qol: E.Rəhimov, 14.

Baş hakim: Alik Yunusov.

Binə qəsəbə stadionu.

6 may

“Qusar” – “Ağdaş” 1:2 

“Şəmkir” – “Füzuli” 3:0

4 may

“Şəfa” – “Şahdağ Qusar” 0:0

1Sources