Azərbaycan 2-ci Liqasında 24-cü tura yekun vurulub.
Operativ Media xəbər verir ki, son oyun günündə 4 matç keçirilib.
"Lerik" səfərdə "Araz-Saatlı"nı məğlub etməklə (1:0) sonuncu pillədən qurtulub. "Göygöl" "Dinamo"nu eyni hesabla üstələyib.
4-cü pillə uğrunda mübarizə aparan "Hypers Guba" "Kür-Araz"a qalib gəlib - 2:1.
"Şimal" isə "Sheki City"ni darmadağın edib - 3:0.
Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" və "Şəfa" artıq 1-ci Liqaya vəsiqəni təmin ediblər.
Azərbaycan 2-ci Liqası
24-cü tur
7 may
"Araz-Saatlı" - "Lerik" 0:1
Qol: Z.Nuruzadə, 59.
Baş hakim: Namiq Bəkirov.
Saatlı OİK stadionu.
"Şimal" - "Sheki City" 3:0
Qollar: V.Seyidov, 4. P.Seyidov, 29; 88.
Baş hakim: Sənan Bayramzadə.
Siyəzən şəhər stadionu.
"Kür-Araz" - "Hypers Guba" 1:2
Qolar: İ.Hüseynli, 30 - H.Novruzov, 27. C.İmamverdiyev, 42.
Qırmızı vərəqə: N.Paşayev, 81 - İ.Nağıyev, 68.
Baş hakim: İslam Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
"Dinamo" - "Göygöl" 0:1
Qol: E.Rəhimov, 14.
Baş hakim: Alik Yunusov.
Binə qəsəbə stadionu.
6 may
“Qusar” – “Ağdaş” 1:2
“Şəmkir” – “Füzuli” 3:0
4 may
“Şəfa” – “Şahdağ Qusar” 0:0