EN

Ermənistanda xüsusi əməliyyat: 9 polis həbs edilib

Ermənistan Antikorrupsiya Komitəsi Daxili İşlər Nazirliyinin (DİN) Vaqarşapat polis şöbəsində xüsusi əməliyyat keçirib, nəticədə 9 polis əməkdaşı həbs edilib.

Xezerxeber.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Narek Sargsyan bildirib.

Tutulan polis əməkdaşları cinayətlərin gizlədilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.

Chosen
0
5
xezerxeber.az

6Sources