Ermənistan Antikorrupsiya Komitəsi Daxili İşlər Nazirliyinin (DİN) Vaqarşapat polis şöbəsində xüsusi əməliyyat keçirib, nəticədə 9 polis əməkdaşı həbs edilib.
Xezerxeber.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat katibi Narek Sargsyan bildirib.
Tutulan polis əməkdaşları cinayətlərin gizlədilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.