Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı hərbçilər hazırda Belarusdadırlar.