EN

Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu


“Çərşənbə axşamı, mayın 6-na keçən gecə Moskva səmasında hava hücumundan müdafiə qüvvələri tərəfindən 19 pilotsuz təyyarə vurulub”.Bunu Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Moskva istiqamətində uçan PUA-lardan birinin qalıqları Kaşir şossesi ərazisinə düşüb. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. “Baza” ictimai səhifəsi aydınlaşdırır ki, dronun dağıntıları “Kaşirskaya” metrostansiyası yaxınlığındakı çoxmərtəbəli binaya düşüb. Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa, Kaluqa, Volqoqrad, Samara, Saratov, Nijni Novqorod, Kazan, Nijnekamsk, İvanovo və Yaroslavl hava limanları da bağlanıb. Bir neçə saatdan sonra məhdudiyyətlər götürülüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, gecə ərzində Voronej vilayəti üzərində 18, Saratov vilayəti üzərində isə 10 pilotsuz təyyarə vurulub. -.“Kaluqa, Moskva, Saratov və Volqoqrad bir-birindən yüzlərlə kilometr aralıda yerləşir, bu da onların eyni vaxtda Ukrayna PUA-larının hücumuna məruz qalmasına mane olmur”, - deyə rusiyalı müxalifətçi Aleksandr Nevzorov qeyd edib.

Surxay Əliyev

Chosen
0
22
baki-xeber.com

10Sources