Ukrayna Silahlı Qüvvələrinin Moskvaya PUA hücumu paytaxt hava limanlarında kollapsa səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Moskva Şeremetyevo, Vnukovo və Domodedovo aeroportlarının reyslərinin istiqaməti yaxınlıqdakı şəhərlərə dəyişdirilib.
Sərnişinlər bir neçə saat təyyarələrdə saxlanılıb. Təyyarələr Kaluqa, Yaroslavl və Nijni Novqoroda yola düşüb.
Tambov, Kazan və Nijnekamskda da insanların təyyarələri tərk etməsinə icazə verilmir.
Moskva hava limanlarında uçuşla bağlı məhdudiyyətlər hələ də qüvvədədir. Jukovski aeroportunda saat 21:19-dan bəri heç bir təyyarənin uçmasına və enməsinə icazə verilmir.
Moskva meri Sergey Sobyanin Moskva istiqamətində uçan daha üç PUA-nın vurulduğunu açıqlayıb. O, axşam saatlarından başlayaraq Moskvaya 9 PUA hücumunun dəf edildiyini bildirib.
Soçi hava limanı da Moskva vaxtı ilə saat 22:03-dən etibarən təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edib. /APA