EN

Birinci siniflərə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.
Bununla yanaşı bildiririk ki, müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.

Qeyd edilib ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin "Çağrı mərkəzləri"nə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Chosen
0
18
teleqraf.com

10Sources