2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.