Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Tribunainfo.az-a verilən məlumata görə, yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada işıqforuna çırpılıb.
Yararsız vəziyyətə düşən piyada işıqforunun yenisi ilə əvəzlənməsi işləri görülür.