AZ

Bakıda svetoforun qırmızı işığında keçən avtomobil qəza törədib

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən News365.az-a verilən məlumata görə, yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb.

Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür.

Seçilən
0
17
news365.az

10Mənbələr