AZ

Bakıda qırmızı işıqda keçən minik avtomobili svetoforu yararsız vəziyyətə salıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb.

Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
25
icma.az

10Mənbələr